Yazını böyüt
Yazını kiçilt
Kipr də "Eurovision 2026" mahnı müsabiqəsində iştirak edəcək təmsilçisinin adını açıqlayıb.
Hafta.az xəbər verir ki, ölkəni yarışmada Antigoni Buxton adlı müğənni "Jalla" mahnısı ilə təmsil edəcək.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya təmsilçisi "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.